Azərbaycanda bir ildə 821 nəfər yol qəzasında ölüb

Azərbaycanda bir ildə 821 nəfər yol qəzasında ölüb
  21 Yanvar 2020    Oxunub:3803
Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.
Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində deyib.

Onun sözlərinə görə, qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub. Nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.

Azvision.az


Teqlər: Yol-qəzası   Piyada   DİN   DYP  





Xəbər lenti