Yasamalda yeni yol bağlantısı yaradılır

Yasamalda yeni yol bağlantısı yaradılır
  21 Yanvar 2020    Oxunub:3191
Bakı Dairəvi avtomobil yolu ilə Yeni Yasamal yaşayış massivini birləşdirən yeni yol tikintisi davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub-çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalacaq. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradacaq.

İşlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Layihənin sonuncu mərhələsində 4 nöqtədə cibli avtobus dayanacağının yaradılması, yol boyu yol nişanları və göstərici lövhələr quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin işıqlandırma sisteminin yaradılması nəzərdə tutulub.

Yeni yol bağlantısının yaradılması üçün aparılan tikinti işlərinin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır.

Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti