Qeydə alınan namizədlərin sayı 1542-yə çatıb

  21 Yanvar 2020    Oxunub : 1722
 Qeydə alınan namizədlərin sayı 1542-yə çatıb
Azərbaycanda fevralın 9-a təyin edilən Milli Məclisə seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasda deyib.

MSK sədrinin sözlərinə görə, müraciət edən şəxslərdən 2358 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini götürüb, 1774 nəfər imza vərəqələrini qaytarıb, 1542 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament   Deputat