Məzahir Pənahov: “95 nəfər namizədliyini geri götürüb”

 Məzahir Pənahov:  “95 nəfər namizədliyini geri götürüb”
  21 Yanvar 2020    Oxunub:2791
Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar 1542 nəfərin namizədliyi qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. Onun sözlərinə görə, qeydə alınan namizədlər 19 siyasi partiya tərəfindən irəli sürülüb.

MSK sədri, həmçinin bildirib ki, növbədənkənar parlament seçkilərində 95 nəfər namizədliyini geri götürərək mübarizəni dayandırıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti