“Bəzi namizədlər çalışır ki, onları qeydə ala bilməyək” - MSK sədri

“Bəzi namizədlər çalışır ki, onları qeydə ala bilməyək” -  MSK sədri
  21 Yanvar 2020    Oxunub:3132
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində elə namizədlər var ki, çalışırlar biz onları qeydə ala bilməyək.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
M.Pənahov bildirib ki, bu addım nəyəsə xidmət edir: “Mərkəzi Seçki Komissiyası namizədi qeydə almamaqda maraqlı deyil. Biz çalışırık ki, mümkün qədər məsələləri namizədlərin xeyrinə həll edək. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Görünür, bununla onlar hansısa məqsədlərə xidmət edirlər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Müşahidəçi  





Xəbər lenti