Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi
  21 Yanvar 2020    Oxunub:2943
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla normanın 160, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla normanın 120-200 faizini təşkil edir.
Departamentdən Azvision.az -a verilən məlumata görə, yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 100 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 64 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 27 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 106 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 76 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2 santimetr azalaraq 407, Şirvan məntəqəsində 6 santimetr azalaraq 233, Bankədə 3 santimetr azalaraq 180, Salyan məntəqəsində isə dəyişməyərək 182 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 139 santimetr təşkil edib.


Azvision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti