“Yeni saziş üzrə danışıqların yekun mərhələsindəyik” - Aİ rəsmisi

   “Yeni saziş üzrə danışıqların yekun mərhələsindəyik” -    Aİ rəsmisi
  22 Yanvar 2020    Oxunub:2644
Mən artıq iki il yarımdır ki, Azərbaycandayam və hər gün ölkənin iqtisadi inkişafı baxımından yeni nələrsə eşidirəm.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: "Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox invesitisiya yatıran ölkələrdir. Avropa İttifaqı Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini, töhfəsini verir".

K.Yankauskas qeyd edib ki, hazırda Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə danışıqların yekun mərhələsindədir: "Bu saziş bağlandıqdan sonra Azərbaycan və Avropa İttifaqı əlaqələri yeni mərhələyə çıxacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər:   KestutisYankauskas  





Xəbər lenti