Statistika Komitəsi Niderlandın təcrübəsini öyrənəcək

  22 Yanvar 2020    Oxunub : 1934
 Statistika Komitəsi Niderlandın təcrübəsini öyrənəcək
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.
Azvision.az xəbər verir ki, Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.

Komitə sədri bildirib ki, Niderland Mərkəzi Statistika Bürosu bu gün ən qabaqcıl statistika qurumlarından biridir: "Niderlandla Anlaşma Memorandumu çərçivəsində istər statistik metodologiyaların, təsnifatlaların tətbiqi ilə bağlı bizim mütəxəssislərin Niderlanda səfəri, oranın təcrübəsinin öyrənilməsi, onların ekspertlərinin Azərbaycana gəlişi ilə bizdə statistikanın müxtəlif sahələrinin təkmilləşdirilməsi istiqamətində işlər nəzərdə tutulur".

Aytən Zəhra
Azvision.az

Teqlər: Statistika   Komitə