Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə sevinib - Şuşadan məktub gətirdilər

   Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə sevinib -    Şuşadan məktub gətirdilər
  22 Yanvar 2020    Oxunub:6131
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

Bu barədə Azvision.az -a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O, bildirib ki, atası vəziyyətinin normal olduğunu yazıb.
“Atam yazıb ki, hər şey normaldır. Narahatlığı yoxdur. Səhhəti ilə bağlı heç nə yazmayıb. Oğlum Dilqəmi nəzərdə tutaraq “Dimanın üzündən öp” deyə məktubda istəyini çatdırıb. Atama hər dəfə nəvəsinin şəkillərini göndərirəm, o, da baxır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri bildirdilər ki, Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə üzü gülür, kefi açılır. Biz də ailəmiz adından nümayəndələrə təşəkkür etdik ki, atama baş çəkirlər, bizə məlumat verirlər”, - deyə K.Əsgərov vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Dilqəm-Əsgərov   Girov   Kəlbəcər  





Xəbər lenti