İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb - Yenilənib
Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edildi. Prezident İlham Əliyev ölkəmizdə reallaşdırılan bərpaolunan enerji layihələri barədə məlumat verdi. Gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpaolunan enerjidən istifadənin mümkünlüyü bildirildi. Vurğulandı ki, alternativ enerjinin Azərbaycanda böyük potensialı var.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Davos