İlham Əliyev Mixail Qusmanı təbrik etdi

 İlham Əliyev Mixail Qusmanı təbrik etdi
  23 Yanvar 2020    Oxunub:2203
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanı təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Mixail Solomonoviç.

70 illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.

Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm".

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Mixail-Qusman  





Xəbər lenti