Bakıda bir neçə işıqforun iş rejimi dəyişdirilib

Bakıda bir neçə işıqforun iş rejimi dəyişdirilib
  23 Yanvar 2020    Oxunub:2662
Bakı Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə svetoforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, bu çərçivədə, vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib.

1. Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb.

2. Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb.

3. Həsən bəy Zərdabi küçəsinin İsmayıl Talıblı küçəsi ilə kəsişməsində svetoforun vaxt planına dəyişiklik edilib.

4. İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

İlkin müşahidələrə əsasən, edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti