Azərbaycana virtual qapı: Ölkəyə gəlmək istəyənlər üçün DMX-dan yenilik

  Azərbaycana virtual qapı:  Ölkəyə gəlmək istəyənlər üçün  DMX-dan  yenilik
  23 Yanvar 2020    Oxunub:8431
23 yanvar 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində (DMX) yeni yaradılmış www.migrationto.az saytının təqdimat mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə birgə həyata keçirilən "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)" layihəsi çərçivəsində hazırlanmış MİGRATİONTO.AZ veb-saytı Azərbaycan Respublikasına səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər, o cümlədən ölkənin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatları, eləcə də Azərbaycanın turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyır.

Hazırda 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytın dil imkanlarının gələcəkdə genişləndirilməsi də planlaşdırılır.



Azvision.az


Teqlər: DMX   Miqrasiya-Xidməti  





Xəbər lenti