Bakıda mərkəzi rayonun yerləşəcəyi ərazi məlum oldu

 Bakıda mərkəzi rayonun yerləşəcəyi ərazi məlum oldu
  23 Yanvar 2020    Oxunub:2410
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Bakının mərkəzi rayonunun yaradılmasına münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, İçərçişəhərin xüsusi statusu var.
"Keçən il mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səslənib və bu istiqamətdə iş aparılır. Hazırda Romanın "Mərkəz 1" adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparırıq. Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş görülür".

Ə.Ələkbərov qeyd edib ki, Bakının mərkəzi rayonu Səbail və Nəsimi kimi rayonlarını əhatə edəcək: "2005-ci ildən "İçərişəhər"in öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi status alıb. Bu, böyük bir statusdur".

Aytən Zəhra
Azvision.az



Teqlər: Mərkəzi-Rayon  





Xəbər lenti