Bakı Xanları Evində təmir-bərpa işləri davam etdirilir

Bakı Xanları Evində təmir-bərpa işləri davam etdirilir
  23 Yanvar 2020    Oxunub:2228
Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanlarında yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri davam etdirilir. Təmirin 2020-ci ilin ortalarına kimi bitməsi nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb.

"Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb. Qeyd olunan layihələr tarixi abidələrin bərpası sahəsində Avstriyanın dünyada tanınmış “Atelier Erich Pummer” şirkəti tərəfindən həyata keçirilib".

Ə.Ələkbərov qeyd edib ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: BakıXanlarıEvi  





Xəbər lenti