“İlqar Məmmədov mənim üçün rəqib deyil” - Zahid Orucdan cavab

“İlqar Məmmədov mənim üçün rəqib deyil” -    Zahid Orucdan cavab
  23 Yanvar 2020    Oxunub:2725
94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd Zahid Oruc “ReAl” Partiyasının sədri İlqar Məmmədovun iddialarına cavab verib.
Azvision.az xəbər verir ki, Zahid Oruc İlqar Məmmədovun çağırışını dəstəkləyib və qeyd edib ki, təkcə ATƏT-i deyil, BMT-nin bütün müşahidə missiyasını 94 saylı dairəyə dəvət edir:

“İlqar Məmmədov mənim üçün rəqib deyil. Qələbəm bir daha göstərəcək ki, İlqar Məmmədov Bakıda lokal bir otaqda qeyri-real dünyada yaşayır. İlqar Məmmədovun üzərində vaxtilə mənəvi-siyasi qələbə qazanmışam, əyani olaraq isə bir daha bu dairə üzərində də göstərə bilərəm”.

O, qeyd edib ki, bütün digər namizədlərin hər biri görüşlərini ictimailəşdirir. Kiçik bir analizlə kimin nə qədər böyük bir üstünlüyə malik olduğunu hamı görə bilər: “Namizəd axtarışına seçkilərə bir ay qalmış çıxan adam hələ fərqində deyil ki, onun ətrafında olanların çoxu başqa siyasi orbitdədir. Avropa Məhkəməsinin qərarı Zahid Orucun qələbəsi haqqında heç bir şübhə yeri qoymayıb. Hüquqi aktları öz siyasi mənfəətinə uyğunlaşdırmaq “realçılıqdır?””.

Yekunda Z.Oruc İlqar Məmmədova vacib bir sual ünvanlayıb: “Bütün dünya müşahidəçilərinin tanıdığı nəticəni İlqar Məmmədovun tanımağa cəsarəti çatacaqmı?”

Qeyd edək ki, ReAl sədri İlqar Məmmədov şəxsi feysbuk səhifəsində belə bir status yazıb: “Bərdədən Bakıya 9 fevralda qələbə ilə gəlməsini inamla gözlədiyimiz Zöhrab Əliyev hər gün rayonun kəndlərində toplantılar keçirir. Bu həkimi bütün rayon tanıyır və ona qarşı yarış qaydalarını pozaraq hər növdə hiylə və basqıdan istifadə olunur. Amma fevralın 9-da o, REAL Cümhuriyyətçilər İttifaqının namizədi olaraq qalib gələcək. Özü də kimə - keçən dəfə deputatlığa necə keçməsi Avropa Məhkəməsində üzə çıxmış Zahid Oruca. Dairədə səsvermənin təmizliyinə müşahidəçi kimi, ya da başqa işlək qaydada dəstək vermək istəyirsinizsə, Zöhrab Əliyev ilə birbaşa əlaqə saxlamağınızı xahiş edirəm”.

Azvision.az


Teqlər: Zahid-Oruc  





Xəbər lenti