Xəbərdarlıq: Bakıya qar yağacaq, şaxta olacaq

 Xəbərdarlıq:  Bakıya qar yağacaq, şaxta olacaq
  23 Yanvar 2020    Oxunub:3337
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Azvision.az -a verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir.
Yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Azvision.az


Teqlər: Hava   ETSN   Qar  





Xəbər lenti