Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

 Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq
  23 Yanvar 2020    Oxunub:2299
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin dəyişəcəyi bağlı sürücülərə müraciət edib.
Azvision.az -ın məlumatına görə, müraciətdə bildirilib ki, hava şəraitinin dəyişərək temperaturun 4-6 dərəcə enməsi, küləkli və yağmurlu keçməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülər bu günlərdə sükan arxasında son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar.

"Həmçinin, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməmək, küləkli havada tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq meteoroloji şəraitə uyğun sürət həddi seçmək, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamaq tövsiyə edilir", - deyə qeyd olunub.

Azvision.az


Teqlər: Hava   DYP  





Xəbər lenti