Seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırma aparılır

Seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırma aparılır
  23 Yanvar 2020    Oxunub:2602
99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kmi qiymətləndirilən hərəkətləri qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bu gün keçirilən iclasda bildirib. Onun sözlərinə görə, həmin dairədən olan digər namizədlərdən bu barədə MSK-ya məlumatlar daxil olub:

“Tural Zeynalovun seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə bununla bağlı məlumat var. Tural Zeynalov özü də sosial şəbəkədəki profilində fotolar paylaşıb. Belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır”.

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılmasına dair qərar qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti