MSK sədri siyasi partiyalara müraciət edib

   MSK sədri siyasi partiyalara müraciət edib
  23 Yanvar 2020    Oxunub:2225
Seçki Məcəlləsinə azı 10 gün qalmış bülletenlər hazırlanmalıdır. Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri, həmçinin çıxışında siyasi partiyalara müraciət edib. M.Pənahov deyib ki, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb: “Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o, şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq. Bu barədə növbəti iclasımıza qədər partiyalar bizə məlumat verməlidir".

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Partiya   Müraciət   Deputat  





Xəbər lenti