Özünü rəis kimi təqdim edən şəxs həbs edildi

 Özünü rəis kimi təqdim edən şəxs həbs edildi
  24 Yanvar 2020    Oxunub:2974
Sosial şəbəkələrdə Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim etmiş Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hələ keçən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət ediblər.

Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb. Odur ki, 25.11.2019-cu il tarixində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra B.Qədirov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin nəzərinə çatdırılıb ki, bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) və ya Sabirabad Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.

Azvision.az


Teqlər: Sabirabad  





Xəbər lenti