Uşaq oğurladığı deyilən qadınla bağlı araşdırma aparılır

 Uşaq oğurladığı deyilən qadınla bağlı araşdırma aparılır
  24 Yanvar 2020    Oxunub:5183
Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Azvision.az -a İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, sosial şəbəkədə Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb. İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbinin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

Azvision.az


Teqlər: Bakı   Polis  





Xəbər lenti