Koronavirus Azərbaycan turizminə təsir edirmi? - RƏSMİ

  Koronavirus Azərbaycan turizminə təsir edirmi? -    RƏSMİ
  24 Yanvar 2020    Oxunub:4740
Çində koronavirusa yoluxanların sayı getdikcə artır. Son məlumatlara görə, təhlükəli virusa 853 nəfər yoluxub, 26 nəfər isə ölüb. Ölüm faktının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində, biri isə Xıbey vilayətində qeydə alınıb.
Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da virusa yoluxma halları təsdiqlənib.

Dünyanı qorxuya salan virusun Azərbaycana Çindən gələn və ölkəmizdən Çinə gedəcək turistlərin sayına təsiri varmı?



Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Azvision.az -a açıqlamasında bildirib ki, virusla bağlı Azərbaycan Turizm Bürosu vasitəsilə turizm şirkətlərinə müraciət edilib.

“Azərbaycandan Çinə və Çindən Azərbaycana turist gətirən şirkətlərə ötən həftədən müraciət edilib. Onların turistləri təlimatlandırmağı, diqqətli olmaqları tövsiyyə edilib. Ötən il ərzində Çindən Azərbaycana 25500 turist gəlib. Bu, 2018-ci illə müqayisədə 62,4 faiz çoxdur. Dekabr ayında isə çinli turistlərin sayı 1130 nəfər olub. Çinli turistlərin gəlməsi hər zaman gözlənilir. Lakin yeni virusun turist sayına nə dərəcədə təsir edəcəyini əvvəldən proqnoz etmək mümkün deyil. Biz rəqəmləri aldıqdan sonra bu barədə məlumat verə bilərik”.



Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə Azvision.az -a bildirib ki, Çində sətəlcəmin yeni növünün yayılması bu ölkədən Azərbaycana gələn və ya Azərbaycandan gedən turistlərin sayına müəyyən qədə təsir edə bilər.

“Turistlərin sayı azala bilər. Lakin ilk növbədə sağlamlıq lazımdır. Həmin xəstəliklə əlaqədar tövsiyyə edərdim ki, Çindən gələ turistlərin sayı məhdudlaşdırılsın və ciddi nəzarətə götürülsün. Turistlər hər zaman olub və olacaq, amma can sağlığı hər şeydən vacibdir. Çinə gedəcək insanlara da tövsiyyə edərdik ki, səfərlərini dayandırsınlar. Çinin iki şəhərinə uçan təyyarələrin də fəaliyyəti məhdudlaşdırılsa yaxşı olardı. Təbii ki, bu tövsiyyə xarakterlidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Çin   Turizm  





Xəbər lenti