Şamaxı ASAN-da 12 mindən artıq vətəndaşa xidmət göstərilib

  Şamaxı ASAN-da 12 mindən artıq vətəndaşa xidmət göstərilib
  24 Yanvar 2020    Oxunub:4417
Xəbər verdiyimiz kimi, ötən il dekabrın 24-də Şamaxı "ASAN Həyat” kompleksi fəaliyyətə başlayıb.
Azvision.az -ın məlumatına görə, Şamaxı "ASAN Həyat” kompleksi fəaliyyət göstərdiyi bir ayda 12 mindən artıq vətəndaşa xidmət edib.

Qeyd edək ki, Şamaxı “ASAN Həyat” kompleksi Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində inşa edilib. Şamaxı regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirilir.

Bundan əlavə, Şamaxı “ASAN xidmət” mərkəzi əsasən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara da xidmət göstərir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Şamaxı   ASAN  





Xəbər lenti