Azərbaycanda ən az və ən çox namizədin olduğu dairələr

Azərbaycanda ən az və ən çox namizədin olduğu dairələr
  24 Yanvar 2020    Oxunub:3436
2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərinə iki həftəyə yaxın vaxt qalıb. Milli Məclisə seçkilərlə əlaqədar namizədlərin qeydə alınması prosesi davam edir. İndiyədək 1447 nəfərin namizədliyi qeydə alınıb.
Azvision.az xəbər verir ki, hazırkı nəticəyə əsasən, ən çox namizədlər 2 seçki dairəsi üzrə qeydə alınıb. Belə ki, 16 saylı Yasamal ikinci seçki dairəsində 25, 15 saylı Yasamal birinci seçki dairəsində isə 23 namizəd mübarizə aparır.

Bundan əlavə, 1 saylı Şərur-Sədərək seçki dairəsi, 2 saylı Şərur seçki dairəsi, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi və 4 saylı Naxçıvan şəhər seçki dairəsinin hər birində 3 nəfərin namizədliyi qeydə alınıb.

Xatırladaq ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Deputat   Seçki   Namizəd  





Xəbər lenti