“Polis xidmətlərinin etibarlılığı”na görə ölkəmiz 45 pillə irəliləyib

“Polis xidmətlərinin etibarlılığı”na görə ölkəmiz 45 pillə irəliləyib
  24 Yanvar 2020    Oxunub:2495
Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına əsasən, 141 ölkə arasında Azərbaycan son 3 ildə “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə 45 pillə irəliləyərək 30-cu yeri tutub.
Bu barədə Azvision.az -a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

Hesabata əsasən, Azərbaycan “Təhlükəsizlik” indikatoru üzrə 18 pillə irəliləyərək 22-ci, eləcə də “Mütəşəkkil cinayətkarlıqla mübarizənin səviyyəsi” indikatoru üzrə 25 pillə irəliləyərək 18-ci mövqedə qərarlaşıb.

Azvision.az


Teqlər: Polis  





Xəbər lenti