Daha bir nazir istedadlı gənclərə çağırış etdi - VİDEO

   Daha bir nazir istedadlı gənclərə çağırış etdi -    VİDEO
  24 Yanvar 2020    Oxunub:2264
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmək bazarında yüksəlmək istəyən peşəkarlara dəvət ünvanlayıb.
Azvision.az xəbər verir ki, nazir “Yüksəliş” müsabiqəsinin əmək bazarında yüksəlmək istəyən hər bir peşəkar üçün irəliyə doğru böyük bir addım olduğunu bildirib. O əlavə edib ki, bu baxımdan müsabiqənin hər mərhələsi yeni imkanlar yaradacaq.



Sahil Babayev qeyd edib ki, “Yüksəliş” ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.

“Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafı məqsədilə Azərbaycan hökumətinin başladığı növbəti təşəbbüsdür. Bu təşəbbüsdə yüksək intellektual zəka və sosial məsuliyyət sahibi olanlar uğur qazanır. Müasir əmək bazarının əsas tələblərindən olan innovativlikləri tətbiq edən, dəyişikliklərə hazır olan və bu yanaşmaları öz fəaliyyət sahəsinə gətirməyi bacaranlar qalib gəlir. Bu müsabiqənin iştirakçılarında həm də qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi bacarıqlarına diqqət yetirilir. Strateji düşünənlər, komanda ilə işləməyi bacaranlar, büdcəni idarə edə bilənlər peşəkarlarla görüşmək, şəxsi inkişaf planları əldə etmək, hətta idarəçi rəhbərlərlə çalışmaq imkanı əldə edirlər”, - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bildirib.

Sahil Babayev əlavə edib ki, nəticədə yaşından, ixtisasından, fəaliyyət göstərdiyi sahədən, dövlət strukturunda və ya özəl sektorda çalışmasından asılı olmayaraq, “Yüksəliş”ə qatılan hər şəxs tələb olunan kadr ehtiyatının inkişafı proqramında iştirak edərək, ölkənin gələcəyini quracaq şəxslərdən birinə çevrilir.

“Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!

Azvision.az


Teqlər: Nazir   Sahil-Babayev  





Xəbər lenti