Komitə sədri: 1866 tikinti obyektində nöqsanlar aşkarlanıb

Komitə sədri: 1866 tikinti obyektində nöqsanlar aşkarlanıb
  24 Yanvar 2020    Oxunub:2541
Ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb, onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb.
Azvision.az xəbər verir ki, bunu Komitənin sədri Anar Quliyev qurumda keçirilən kollegiya iclasında deyib.

Onun sözlərinə görə, Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib edilib.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti