Bakıda 1 milyon kvadratmetr tikintiyə icazə verilib

Bakıda 1 milyon kvadratmetr tikintiyə icazə verilib
  24 Yanvar 2020    Oxunub:2591
"Komitənin sərəncamları ilə ötən il təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 647 211 m2 təşkil edir ki, bunun da 2 520 808 m2-lik hissəsi mənzillərdir".
Azvision.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev kollegiya iclasında deyib.

Onun sözlərinə görə, ötən il Bakıda ümumi sahəsi təqribən 1 000 000 m2 təşkil edən tikinti obyektlərinin tikintisinə icazə verilib: "Bununla yanaşı, hesabat dövründə paytaxtda ümumi sahəsi 10 397 148 m2 təşkil edən tikinti obyektlərinin istismarına icazə verilib ki, bunun da 7 154 015 m2-lik hissəsi mənzillərin payına düşür. Bunlardan ümumi sahəsi 9 532 857 m2, mənzillərin sahəsi isə 6 736 933 m2 təşkil edən yaşayış binalarının istismarına ölkə prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il tarixli fərmanına uyğun olaraq icazə verilib".

Azvision.az


Teqlər: Komitə   Sədr  





Xəbər lenti