Metroda problem - Sərnişinlər qatardan çıxarıldı

  Metroda problem  - Sərnişinlər qatardan çıxarıldı
  24 Yanvar 2020    Oxunub:4459
Metronun "Elmlər Akademiyası" stansiyasında qatarlardan birində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a bildirib ki, sərnişinlərdən biri vaqonda fövqəladə hallar üçün nəzərdə tutulan "təcili çıxış" düyməsini basıb. Bu səbəbdən qatarın qapıları bağlanmayıb.
Problemi aradan qaldırmaq mümkün olmadığından sərnişinlər vaqonlardan boşaldılıb. Növbəti stansiyada qatara baxış keçirilib, heç bir problem aşkarlanmayıb.

B.Məmmədovun sözlərinə görə, qatarların hərəkət qrafikində gecikmə olmayıb.

Azvision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti