Vəkilliyə qəbulla bağlı test imtahanı keçiriləcək

Vəkilliyə qəbulla bağlı test imtahanı keçiriləcək
  25 Yanvar 2020    Oxunub:2595
Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, yanvarın 31-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.
Vəkillərin İxtisas Komissiyasından Azvision.az -a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Abdulvahab Salamzadə 28 ünvanında (Bakı Asiya Universiteti) yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan elektronlaşdırılmış qaydada həyata keçiriləcək. İmtahanda 245 namizəd iştirak edəcək.

Namizədlərdən şəxsiyyəti təsdiqləyən sənədlərini təqdim etməklə yanvarın 31-də saat 09:00-da kompüter mərkəzinə gəlmələri xahiş olunur. Əlavə məlumat üçün 012 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Azvision.az



Teqlər: Vəkillik   İmtahan   DİM  





Xəbər lenti