5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib
  25 Yanvar 2020    Oxunub:2504
Səmərəli beynəlxalq əməkdaşlıq çərçivəsində ötən beş il ərzində 160-dək cinayətkarın Azərbaycana ekstradisiya edilməsinə nail olunub.
Bu barədə Azvision.az -a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra Asiya, Afrika və Ərəb dövlətləri ilə ikitərəfli müqavilələr bağlayıb.

Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir.

Bundan əlavə, ölkəmiz 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə səmərəli əməkdaşlıq edir.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Ekstradisiya  





Xəbər lenti