Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı

  25 Yanvar 2020    Oxunub : 3149
 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı
Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar “qaynar xətt” yaradılıb.
Azvision.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qaynar xətt: 00905526792565.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 4 nəfər ölüb, bir neçə sakin yaralanıb. Təbii fəlakət zamanı dağılan və zərər dəymiş tikintilər aşkar edilib.

Azvision.az

Teqlər: Türkiyə   Zəlzələ   Səfirlik   Qaynar-Xətt