Avtobus qəzasında xəsarət alan 7 nəfər evə buraxılıb

Avtobus qəzasında xəsarət alan 7 nəfər evə buraxılıb
  25 Yanvar 2020    Oxunub:2242
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda baş vermiş avtobus qəzasında xəsarət alan şəxslərlə bağlı məlumat yayıb.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 5 nəfər kişi, 2-si isə qadındır.

"Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 107 saylı marşrut avtobusu qəzaya uğrayıb.

Azvision.az



Teqlər: Qəza   Avtobus  





Xəbər lenti