“Könüllülər ili” ilə bağlı tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq

“Könüllülər ili” ilə bağlı tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq
  25 Yanvar 2020    Oxunub:8292
Yaxın günlərdə "Könüllülər ili" ilə bağlı tədbirlər planı təsdiq olunacaq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentlik sədri bildirib ki, "ASAN xidmət" olaraq tədbirlər planı üçün təkliflər veriblər: "Bu il müxtəlif tədbirlər nəzərdə tutulur. Əsas məqsəd, hədəf daha çox gəncliyi könüllülər proqramına cəlb etmək, könüllülüyün verdiyi təcrübəni, özünü təkmilləşdirmə proqramlarını, kursları və təlimləri davam etdirməkdir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-Xidmət   Ülvi-Mehdiyev  





Xəbər lenti