Fevralın 2-dən könüllülüklə bağlı tədbirlərə start veriləcək

   Fevralın 2-dən könüllülüklə bağlı tədbirlərə start veriləcək
  25 Yanvar 2020    Oxunub:2495
"Bugünkü tədbir "Könüllülər ili" ilə bağlı keçirilən ilk rəsmi tədbirdir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov “Könüllülər Yurdu - Azərbaycan” layihəsinin bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, Fondun qrant müsabiqəsində könüllülük proqramı ilə bağlı tədbirlər prioritet sahədir: "Ötən il könüllülər üçün təməl il oldu, bir çox nazirlik və qurumlarda könüllülük qrupları yaradıldı. Ötən ilin sonunda "ASAN xidmət"lə birgə keçirilən "Könüllülük həftəsi" çərçivəsində 100-dən artıq tədbir baş tutdu".

F.Cəfərov qeyd edib ki, könüllülük fəaliyyəti gənclərə bilik və bacarıq aşılayır, onlara həmyaşıdları ilə sosiallaşmağa imkan verir: "Bu il könüllülüklə bağlı daha böyük layihələr ərsəyə gələcək. Fevralın 2-dən etibarən könüllülüklə bağlı tədbirlərin keçirilməsinə başlanılacaq".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Fərid-Cəfərov   Fond  





Xəbər lenti