Məmmədyarovla Mnatsakanyanın növbəti görüşünün vaxtı açıqlandı

 Məmmədyarovla Mnatsakanyanın növbəti görüşünün vaxtı açıqlandı
  27 Yanvar 2020    Oxunub:2999
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında növbəti görüş Cenevrədə baş tutacaq.
Azvision.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib. Onun sözlərinə görə, nazirlər arasında görüş yanvarın 29-30-da keçiriləcək.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də iştirak edəcəyi görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında sonuncu görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.

Azvision.az


Teqlər: Azərbaycan   XİN  





Xəbər lenti