AZAL Çinə uçuşları müvəqqəti dayandırır

 AZAL Çinə uçuşları müvəqqəti dayandırır
  27 Yanvar 2020    Oxunub:2532
“Azərbaycan Hava Yolları” QSC (AZAL) hər il olduğu kimi, bu il də Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirdiyi uçuşları müvəqqəti dayandıracaq.
AZAL-dan Azvision.az -a verilən məlumata görə, fasiləyə səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir.

Qeyd olunub ki, martın 8-nə qədər Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həyata keçirilməyəcək.

Azvision.az


Teqlər: AZAL   Təyyarə   ÇİN  





Xəbər lenti