“Heç kim bizdən inciməsin” - MSK-dan partiyalara xəbərdarlıq

 “Heç kim bizdən inciməsin”  - MSK-dan partiyalara xəbərdarlıq
  27 Yanvar 2020    Oxunub:2446
Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib.
Azvision.az xəbər verir ki, qanunvericiliyin tələbinə görə, əgər öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslər siyasi partiyadan kənarlaşdırılırsa və siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməli idi.

MSK-nın keçən iclası zamanı komissiya sədri Məzahir Pənahov partiyalara müraciət edərək növbəti iclasa qədər siyasi partiyaların bununla bağlı məlumat vermələrini xahiş etmişdi. Amma bu müraciətə əməl olunmayıb.

M.Pənahov növbəti dəfə partiyalara müraciət edərək, onları bu məsələdə diqqətli olmağa çağırıb: “Hesab edirəm ki, məsələ ilə bağlı heç kəs bizdən inciməsin”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti