409 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

   409 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
  27 Yanvar 2020    Oxunub:2153
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.
Azvision.az -ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, ümumilikdə, 54 min 292 yerli müşahidəçi qeydiyyatdan keçib.

MSK sədri əlavə edib ki, onlardan 1434-ü Mərkəzi Seçki Komissiyasında, 52 min 858-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

M.Pənahov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Müşahidəçi  





Xəbər lenti