Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir
Nümayiş məşğələlərinə daha çox yer verildiyi toplantıda taktiki-sıra və sıra hazırlığı məşğələlərinin təşkili, hazırlanması və keçirilməsi metodikası göstərilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Hərbi kollektivi idarəetmə psixologiyası” mövzularında mühazirələr oxunub.
Digər ixtisaslı hərbi qulluqçuların cəlb olunduğu toplantılar davam edir.
Azvision.az
Teqlər: Naxçıvan Qoşun Qarnizon