Ötən il “ASAN xidmət”ə 9 milyondan çox müraciət daxil olub

 Ötən il “ASAN xidmət”ə 9 milyondan çox müraciət daxil olub
  28 Yanvar 2020    Oxunub:2624
2019-cu il ərzində “ASAN xidmət”ə 9 milyondan çox müraciət daxil olub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in 2019-cu ildəki fəaliyyətinə və cari ildəki planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumilikdə indiyədək "ASAN xidmət"ə 35 410 334 müraciət qeydə alınıb.

Agentlik sədri bildirib ki, bir gündə “ASAN xidmət”ə 30 mindən çox müraciət daxil olur. Bundan əlavə, gün ərzində 2390 nəfər “ASAN xidmət”ə ilk dəfə müraciət edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ÜlviMehdiyev   ASANxidmət  





Xəbər lenti