Bir ildə 920 mindən çox “ASAN Viza” verilib

  28 Yanvar 2020    Oxunub : 1478
Bir ildə 920 mindən çox “ASAN Viza” verilib
Ötən il 920 000-dən çox “ASAN Viza” verilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in 2019-cu ildəki fəaliyyətinə və cari ildəki planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 2018-ci ilə nisbətən vizaların verilməsində 37 faiz artım olub. Ümumilikdə indiyədək 1 877 835 "ASAN viza" verilib.

Qeyd edək ki, “ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçirilir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ASANviza