Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi” yaradılacaq

 Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi” yaradılacaq
  28 Yanvar 2020    Oxunub:9747
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Azərbaycan “Tech Diaspora”sı yaradılır. Burada məqsəd "Google", "Twitter", "Facebook" və s. yerdə çalışan azərbaycanlıları bir araya gətirməkdir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in 2019-cu ildəki fəaliyyətinə və cari ildəki planlara dair mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, “Tech Diaspora”nın nümayəndəlikləri ilkin olaraq startap ekosisteminin inkişaf etdiyi Bakı, Berlin və San-Fransisko şəhərlərində fəaliyyətə başlayacaq.

"Bununla əlaqədar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi”nin yaradılması nəzərdə tutulub. Ölkəmizin innovasiyalar və texnoloji inkişafın mərkəzinə yaxın olması məqsədi ilə fəaliyyətə başlayacaq “Azərbaycan İnnovasiyalar Evi” Silikon Vadisində və yaxın ərazidə yaşayan, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların bir araya gətirilməsi və burada “Tech Diaspora”nın fəaliyyətinin formalaşmasına təkan verəcək".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Silikon-Vadisi  





Xəbər lenti