“Könüllü qonaq” təşəbbüsü bu dəfə Masallıda - FOTOLAR

  28 Yanvar 2020    Oxunub : 1539
“Könüllü qonaq” təşəbbüsü bu dəfə Masallıda - FOTOLAR
Region gənclərimiz “Könüllü qonaq” olaraq könülləri fəth etməyə davam edirlər.
Gənclərin İnkişaf və Karyera mərkəzindən Azvision.az -a verilən məlumata görə, Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Masallı gəncləri də qoşulublar.

Qayğıya xüsusi qayğı və diqqətə ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.









Azvision.az

Teqlər: Könüllü