Bakıda koronavirusla bağlı xüsusi palatalar ayrılıb - RƏSMİ

Bakıda koronavirusla bağlı xüsusi palatalar ayrılıb -  RƏSMİ
  28 Yanvar 2020    Oxunub:4220
Yeni növ koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb.

Bu barədə Azvision.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib. Onun sözlərinə görə, bunun üçün İnstututda 8 palata ayrılıb.
Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronovirus  





Xəbər lenti