Bakı Polisi: Bloger Fatimə Mövlamlı saxlanılmayıb, deyilənlər yalandır

   Bakı Polisi: Bloger Fatimə Mövlamlı saxlanılmayıb, deyilənlər yalandır
  28 Yanvar 2020    Oxunub:3692
Bloger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır.
Bu barədə Azvision.az -a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır", - deyə xidmət rəisi qeyd edib.

Azvision.az



Teqlər: FatiməMövlamlı  





Xəbər lenti