Nazir müavini Şamaxıda qəbul keçirəcək

  28 Yanvar 2020    Oxunub : 1234
Nazir müavini Şamaxıda qəbul keçirəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yanvarın 31-də Ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Şamaxı rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27a) keçiriləcək qəbulda Şamaxı, Qobustan, İsmayıllı, AğsuGöyçay rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111; əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavininin həmin gün keçiriləcək qəbuluna nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Azvision.az

Teqlər: Ədliyyə