Millimizin baş məşqçisi postuna 5 namizəd - FOTO

  28 Yanvar 2020    Oxunub : 2738
Millimizin baş məşqçisi postuna 5 namizəd - FOTO
Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəddən 5-nin adı məlum olub.
Azvision.az xəbər verir ki, namizədlər AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədovun keçirdiyi mətbuat konfransında müəyyənləşib.



İTV telekanalı Elxan Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi vəzifəsinə namizəd olan bir neçə mütəxəssisin adını lentə ala bilib. Belə ki, namizədərdən 3-ü italiyalı - Canni Di Byazi, Luici Di Byaco və Çezare Prandelli, digər ikisi isə belaruslu Oleq Kononov və serbiyalı Branko İvankoviçdir.

Azvision.az

Teqlər: AFFA   Milli   Baş-Məşqçi