HƏMAS Trampın planına qarşı: Mahmud Abbas “diz çökməyəcəyik” dedi

  HƏMAS Trampın planına qarşı:  Mahmud Abbas “diz çökməyəcəyik” dedi
  29 Yanvar 2020    Oxunub:3649
Fələstin lideri Mahmud Abbasla HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki lider ABŞ Prezidenti Donald Trampın elan etdiyi “Əsrin müqaviləsi”nə qarşı çıxıblar.

Tərəflər Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair olduğu iddia edilən planı rədd etdiklərini bəyan ediblər. Sözügedən planın Fələstin milli layihəsinin ləğv edilməsini hədəf seçdiyi bildirilib.

Bundan başqa, Haniyə Mahmud Abbasa Fələstin milli layihəsini ləğv etmək planına qarşı birgə mübarizə aparmağı təklif edib. Hər iki tərəf bu barədə razılıığa gəlib.

Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb. Onun sözlərinə görə, Fələstin probleminin aradan qaldırılması üzrə planlar uğursuzluğa düçar olacaq.

"Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik. Biz diz çökməyəcəyik və təslim olmayacağıq".

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə “Əsrin müqaviləsi” və ya “Yüz ilin planı” adlandırılan 80 səhifəlik planı təqdim edib. Plana əsasən, Qüds İsrailin ayrılmaz paytaxtı olaraq qalacaq. ABŞ, həmçinin Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq.

Azvision.az


Teqlər: ABŞ   Fələstin   Tramp  





Xəbər lenti